Hal 01
Crossbite və edge-to-edge dişləmənin bərpası
Pasiyentdə crossbite və edge-to-edge dişləmə var idi. Ortodontik müalicə istəmirdi və sağlam dişlərin lazımsız yonulmasını qəbul etmirdi. Gnatoloji prinsiplər əsasında yeni dişləmə formalaşdırıldı: arxa sahədə dişləmə hündürlüyü 0,5 mm artırıldı və ön bölgədə ideal estetik və funksional münasibət əldə edildi. Heç bir iynə vurulmadı, heç bir dişin siniri götürülmədi.
- Materiallar
- E.max və zirkon qapaqlar, lamina vinirlər, onlay restavrasiya
- Müddət
- 3 seans
Instagram
@dr.faridsalahovKlinik hallar, diş baxımı üzrə məsləhətlər və pasiyent suallarına cavablar.